Haqqımızda

CareerFest BEU 2025 – Gələcəyin Səni Gözləyir!
22 may 2025-ci il tarixində Bakı Mühəndislik Universitetində HBN Group-un təşkilatçılığı ilə ölkənin ən böyük karyera tədbirlərindən biri – CareerFest BEU 2025 keçiriləcəkdir. Bu unikal tədbir tələbələrin karyera imkanları ilə tanışlığı və əmək bazarına inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.

Tədbirdə 150-dən artıq beynəlxalq, dövlət və özəl şirkət iştirak edəcək və tələbələrə vakansiyalar, təcrübə proqramları və real iş imkanları təqdim olunacaqdır. Hər bir şirkət üçün xüsusi stendlər qurularaq tələbələrlə canlı ünsiyyət yaradılacaq, eyni zamanda tələbələrə virtual iştirak imkanı da təqdim ediləcəkdir.

CareerFest BEU 2025 bütün ali təhsil müəssisələrinin tələbələri üçün açıqdır və 8000-dən çox tələbənin tədbiri ziyarət etməsi planlaşdırılır.

Tədbir zamanı

Bu festival, gənclərin öz potensiallarını kəşf etməsi və gələcək karyeraları üçün güclü addımlar atması üçün nadir fürsətdir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi

TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir.